Hələbdə mülki obyektlərə hücum olub
Tarix: 15-01-2026 08:30 | Bölmə: Dünya

Hələbdə mülki obyektlərə hücum olub

YPG/SDG terrorçuları pilotsuz uçuş aparatları və iriçaplı pulemyotlardan istifadə etməklə Həmimə kəndi yaxınlığında Suriya ordusunun bir neçə mövqeyinə, eləcə də mülki əhalinin evlərinə zərbələr endiriblər.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, terrorçuların hücumlarına cavab olaraq Suriya ordusu Deyr Hafir bölgəsində yaraqlıların mövqelərinə artilleriya zərbələri vurub.

Bundan əvvəl yerli telekanal xəbər vermişdi ki, Deyr Hafiri tərk etməyə cəhd göstərən mülki şəxs ərazidə yerləşən terror təşkilatına bağlı snayper tərəfindən vurularaq öldürülüb.

Yaraqlılar fasiləsiz olaraq qətlləri davam etdirirlər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
3-02-2026, 12:06 Tehranda bazar yanır