Simonyan: "Ermənistan heç vaxt İrana qarşı addımlar atmayacaq"
Tarix: 16-01-2026 14:57 | Bölmə: Dünya

Simonyan: "Ermənistan heç vaxt İrana qarşı addımlar atmayacaq"

"Ermənistan heç vaxt İrana qarşı heç bir addım atmayıb və atmayacaq da".

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Ermənistan İrana qarşı proseslərə cəlb edilməyəcək", - deyə Simonyan İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin Ermənistanın İrana düşmən qüvvələrin mərkəzinə çevrildiyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, o Tehranın "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı narahatlığını əsassız hesab edir. "TRIPP, İran da daxil olmaqla, regionun bütün ölkələri üçün böyük iqtisadi imkanlar yaradacaq", - parlament sədri deyib(report).





Bölməyə aid digər xəbərlər
3-02-2026, 12:06 Tehranda bazar yanır