Danimarka Qərbi Qrenlandiyada hərbçilərinin sayını artırır
Tarix: 20-01-2026 09:27 | Bölmə: Dünya

Danimarka Qərbi Qrenlandiyada hərbçilərinin sayını artırır

Danimarka Silahlı Qüvvələrinin iri bölmələri Qərbi Qrenlandiyaya yerləşdiriləcək. Bu barədə qərar yanvarın 19-u axşam saatlarında qəbul edilib.

Reyting.az-ın məlumatına görə, Kanqerlussuak qəsəbəsinə gələcək ölkənin hərbi heyəti ilə birlikdə buraya Danimarka ordusunun qərargah rəisi Peter Boysen də səfər edəcək.

Danimarka dövləti atılan addımları adada üstünlük əldə etməklə, hərbi mövcudluğun artırılması strategiyasına "əhəmiyyətli töhfə" kimi qiymətləndirib.

Bundan daha əvvəl isə təxminən 100 nəfər hərbçinin Nuuk şəhərinə, eyni sayda şəxsi heyətin isə Kanqerlussuaka göndərildiyi və onların NATO tərəfindən keçirilmiş "Arctic Endurance" hərbi təlimlərində iştirak etdiyi bildirilmişdi.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
3-02-2026, 12:06 Tehranda bazar yanır