Rusiya Ukraynanın 6 bölgəsini qaranlığa qərq edib
Tarix: 04-02-2026 14:26 | Bölmə: Dünya

Rusiya Ukraynanın 6 bölgəsini qaranlığa qərq edib

Bu gecə Rusiya yenidən Ukraynanın enerji infrastrukturuna hücum edərək altı bölgənin əhalisini qismən elektriksiz qoyub.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Energetika nazirinin birinci müavini A. Nekrasov deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar və enerji infrastrukturunun atəşə tutulması nəticəsində bu səhər Donetsk, Sumı, Dnepropetrovsk, Xerson, Çerniqov və Zaporojye vilayətlərindəki müştərilər elektriksiz qalıb.

Nazir müavini bildirib ki, energetiklər xilasedicilərlə birlikdə əvvəlki düşmən hücumlarından zərər çəkmiş enerji obyektlərində bərpa işlərini davam etdirirlər.

O əlavə edib ki, Odessa bölgəsindəki 16 yaşayış məntəqəsində çətin hava şəraiti səbəbindən elektrik enerjisi kəsilib: “Regional enerji şirkətinin briqadaları zədələnmiş xətləri bərpa etmək üçün gecə-gündüz işləyirlər”.

A. Nekrasov həmçinin xatırladıb ki, Ukraynanın bütün bölgələrində günün sonuna qədər saatlıq elektrik kəsintiləri cədvəlləri, eləcə də sənaye və müəssisələr üçün güc məhdudiyyətləri qüvvədədir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
3-02-2026, 12:06 Tehranda bazar yanır