09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Ədliyyə Nazirliyinin İdarə rəisləri vəzifədən azad olunub
Tarix: 02-12-2025 12:04 | Bölmə: Gündəm

Ədliyyə Nazirliyinin Sumqayıt və Şirvan Regional Ədliyyə İdarələrinin rəisləri vəzifəsindən azad olunublar.

Məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Eyvaz Məmmədov Sumqayıt Regional Ədliyyə İdarəsinin, Nizami Hüseynov isə Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Digər əmrlə, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinin icrası Hüseyn Məmmədova, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsi isə Cabir Məmmədova həvalə olunub(İqtisadiyyat.az)





Bölməyə aid digər xəbərlər