Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Tarix: 06-12-2025 12:03 | Bölmə: Gündəm

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib.

H. Hacıyev paylaşımında qeyd edib:

“Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”.





Bölməyə aid digər xəbərlər