Hikmət Hacıyev baş katiblə görüşüb
Tarix: 07-12-2025 10:12 | Bölmə: Gündəm

Hikmət Hacıyev baş katiblə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Reyting.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

H. Hacıyev yazıb ki, uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığı daha da genişləndirmək imkanları müzakirə olunub.





Bölməyə aid digər xəbərlər