Prezident QSC-yə sədr təyin edib - Fotolar
Tarix: 16-01-2026 17:08 | Bölmə: Gündəm

Prezident QSC-yə sədr təyin edib

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevi vəzifəsindən azad edib.

Reyting.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Rauf Vəliyev

İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədr təyin edilib.

Ə. Cəlilov yeni təyanata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini, bundan əvvəl isə nazirliyə məxsus "Azərpoçt" MMC-nin sədri vəzifəsində çalışıb.

Əfqan Cəlilov





Bölməyə aid digər xəbərlər