Siyasi analitik: “Ermənistan Cenevrə danışıqlarına dizi üstə gəlməlidir”
Tarix: 26-10-2020 13:16 | Bölmə: Siyasət
Siyasi analitik: “Ermənistan Cenevrə danışıqlarına dizi üstə gəlməlidir”

“Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan yeni danışıqlardan heç nə gözləmirəm. Bu danışıqlar 30 ilə yaxındır ki, davam edir. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin üçü də bu günə qədər Ermənistanı dəstəkləyib. Xüsusilə, Fransanın islamafob, xəstə prezidentinin simasında. Eləcədə Fransa parlamentinin bir qrup deputatı Qarabağ münaqişəsində bitərəf olmayıblar. Odur ki, düşünürəm, Cenevrə danışıqlarına qədər Azərbaycan Ordusu erməni ordusunu yeni məğlubiyyətlərə düçar etməlidir. Başqa sözlə, Ermənistan Cenevrə danışıqlarına dizi üstə gəlməlidir”.

Bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov oktyabrın 29-da Cenevrədə Minsk qrupu formatında keçiriləcək danışıqları şərh edərkən deyib.

O. Qasımov bildirib ki, faşist zehniyyətli Ermənistan cəmiyyəti və onun rəhbərliyi ilə başqa dildə danışmaq imkanı yoxdur:

“Həmsədrlərin hansı bəyanatı verməsindən asılı olmayaraq biz işimizi davam etdirməliyik. Reallıq odur ki, Azərbaycan müharibə meydanında yeni şərtlər yaradıb. İndiyə qədər olan şərait və status-kvo dəyişib. Bu günə qədər bizə sırınan və təkidlə qəbul etdirməyə çalışdıqları təkliflər 1993-cü ildə döyüş meydanında olan şərtlərlə bağlı idi. Yəni o zaman Minsk qrupunun azı iki dövlətinin müdaxiləsi və dəstəyi ilə Ermənistan Qarabağ müharibəsinin birinci mərhələsini udmuşdu. Və Azərbaycana qəbul etdirməyə çalışdıqları təkliflər də bunun nəticəsində ortaya çıxmışdı”.

Siyasi şərhçi əlavə edib ki, həmin təkliflər və onu ortaya çıxaran şərait artıq dəyişib: “Azərbaycan işğal olunan rayonlarından beşinin mərkəzini və ərazisinin əksər hissəsini işğaldan azad edib. Odur ki, Azərbaycanın danışıqlar masasında imkanları dəyişib, əli güclənib. Azərbaycan Ordusu İnşallah, yekun müzakirələrə qədər bu məsələləri həll edəcək. Arzu edirəm ki, oktyabrın 29-na qədər biz Laçın dəhlizini bağlayaq. Ermənistanın Qarabağda yerləşən terrorçu dəstələrinə lojistik dəstək kəsilsin. Ondan sonra Azərbaycan erməni terrorçularu qarşısında konkret tələb qoymalıdır: ya silahları buraxaraq rədd olub Ermənistana keçin, ya da son nəfəslərinə qədər orada olan erməni generalları və terrorçu erməni silahlı dəstələri məhv edilməlidir. Bizim başqa yolumuz yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}