09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Azərbaycan Premyer Liqası: bu gün XIII tura yekun vurulacaq
Tarix: 30-11-2025 09:13 | Bölmə: İdman
Azərbaycan Premyer Liqası: bu gün XIII tura yekun vurulacaq

Bu gün Misli Premyer Liqasında XIII tura yekun vurulacaq.

Reyting.az
xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

"Şamaxı" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 14 xalla 9-cu, qonaqlar 20 xalla 5-ci pillədə qərarlaşıb.

Turun son matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun saat 16:30-da baş tutacaq. Naxçıvan klubu 20 xalla 6-cı, "qırmızı-qaralar" 5 xalla 11-ci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XIII tur

30 noyabr

14:00. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Elçin Məsiyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Şamaxı şəhər stadionu.

16:30. "Qəbələ" - "Araz-Naxçıvan"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.(Report)




Bölməyə aid digər xəbərlər