Premyer Liqa: bu gün “Qarabağ” “Zirə” ilə qarşılaşıb
Tarix: 06-12-2025 19:07 | Bölmə: İdman

Premyer Liqa: bu gün “Qarabağ” “Zirə” ilə qarşılaşıb

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Reyting.az xəbər verir ki, turun açılış matçında “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəlib - 1:1.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada ilk qolu meydan sahiblərinin futbolçusu İssa Cibrilla 31-ci dəqiqədə vurub. Matçın 44-cü dəqiqəsində isə “qartallar”ın üzvü Enrike Kustodio topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası xallarını 30-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Rəşad Sadıqovun kollektivi isə 27 xalla ikinci pillədə yer alır.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.(Teleqraf)





Bölməyə aid digər xəbərlər
16-12-2025, 15:43 "Qarabağ" cərimələnib