"Qarabağ" cərimələnib
Tarix: 16-12-2025 15:43 | Bölmə: İdman

"Qarabağ" cərimələnib

"Qarabağ" klubu cəzalandırılıb.

Reyting.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Qərara əsasən, Ağdam klubu Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat cərimə olunub.

"Araz-Naxçıvan" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.






Bölməyə aid digər xəbərlər
16-12-2025, 15:43 "Qarabağ" cərimələnib