"Beşiktaş"ın qolkiperi "Fənərbağça"ya keçir
Tarix: 06-01-2026 16:39 | Bölmə: İdman
"Beşiktaş"ın qolkiperi "Fənərbağça"ya keçir

Bu gün "Beşiktaş"la müqaviləsi ləğv olunan Mert Günokun yeni ünvanı bəlli olub.

Reyting.az Türkiyə mediasına istinadla xəbər verir ki, milli komananın da qapıçısı olan Mert Günok "Fənərbağça" ilə anlaşıb.

Tərəflər sabah rəsmi müqavilə imzalayacaqlar.

Xatırladaq ki, "Ağ-qara" komandada 130 rəsmi oyun keçirən Günok 153 qol buraxıb.

Təcrübəli qapıçı mövsümün ilk yarısında "Beşiktaş"da heyətdən kənarlaşdırılmışdı.

Azər

Reyting.az





Bölməyə aid digər xəbərlər
16-12-2025, 15:43 "Qarabağ" cərimələnib