Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 20-01-2026 18:23 | Bölmə: İdman

“Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq… Bunu qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir”.
Reyting.az xəbər verir ki, bu sözləri Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bugünkü mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, rəqibin seçimləri çoxdur: “İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır”.
Q.Qurbanov deyib ki, klubu bir nəfər idarə etmir: “Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək