Dünya bazarında neftin qiyməti artır
Tarix: 15-12-2025 10:57 | Bölmə: İqtisadiyyat

Dünya bazarında neftin qiyməti artır

Bu gün səhərdən etibarən dünya bazarında neft qiyməti yüksəlir.

Reyting.az xəbər verir ki, London ICE Futures Birjasında fevral ayı üçün Brent neftinin fyuçersləri 0,32 dollar (0,52%) artaraq barel üçün 61,44 dollara çatıb. Cümə günü Brent neftinin qiyməti 0,16 dollar (0,26%) azalaraq barel üçün 61,12 dollara enmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə yanvar ayı üçün WTI neftinin fyuçersləri 0,29 dollar (0,5%) artaraq barel üçün 57,73 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 0,16 dollar (0,28%) azalaraq barel üçün 57,44 dollar olmuşdu.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər