Azərbaycanın neft ixrac etdiyi ölkələr - Siyahı
Tarix: 16-12-2025 14:15 | Bölmə: İqtisadiyyat

Azərbaycanın neft ixrac etdiyi ölkələr

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 22 ölkəyə 22 milyon 132 min 445,56 ton həcmində neft ixrac olunub.

Reyting.az xəbər verir ki, ötən 11 ayda Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton, Çexiyaya 742 milyon 159,08 min ABŞ dolları dəyərində 1 milyon 59,25 ton, Xorvatiyaya 666 milyon 587,01 min ABŞ dolları dəyərində 1 milyon 255,21 min ton xam neft ixrac edib. Rumıniyaya 559 milyon 691,19 min ABŞ dolları dəyərində 1 milyon 43,111 min ton və Almaniya 502 milyon 18,65 min ABŞ dolları məbləğində 956 min 716 ton neft tədarük edilib.





Bölməyə aid digər xəbərlər