Dünya bazarında qızıl ucuzlaşır
Tarix: 16-12-2025 18:26 | Bölmə: İqtisadiyyat

Dünya bazarında qızıl ucuzlaşır

Bu gün dünya bazarında qızılın qiyməti enib.

Reyting.az xəbər verir ki, bu gün spot qızılın dəyəri 0,3 faiz azalaraq unsiyası üçün 4290,33 dollara düşüb. ABŞ qızıl fyuçersləri 0,4 faiz azalaraq 4316,40 dollar təşkil edib.

“Investing”in məlumatına görə, səhər saat 10:00-da qızılın unsiyası 4310,75 dollara satılıb. Bu, qram üçün 139.05 dollar deməkdir.

Qeyd edək ki, bu ilin əvvəlindən qızıl qiyməti 64 faizi artaraq rekord həddə çatmışdı.

Bu arada, spot gümüş 12 dekabr cümə günü rekord həddə - 64.65 dollara çatdıqdan sonra 1.4 faiz azalaraq unsiya başına 63.03 dollara düşüb.

KCM Ticarət Baş Bazar Analitiki Tim Uoter bildirib ki, gümüş bu il sənaye və investisiya tələbatının artması və azalan ehtiyatlar səbəbindən sənaye tələbatının zəifləmə əlamətləri göstərməməsi səbəbindən yüksəliş tendensiyasını qoruyub saxlayır.

Spot platinin dəyəri 1,3 faiz artaraq 1806,46 dollara, palladium isə 1 faiz artaraq 1582,68 dollara çatıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər