Çin Avropanın avtomobil bazarında liderlik iddiasındadır - Fotolar
Tarix: 06-01-2026 12:24 | Bölmə: İqtisadiyyat

Çin Avropanın avtomobil bazarında liderlik iddiasındadır

Çinin "Xpeng" avtomobil şirkəti "G7 EREV" krossoverinin detallarını açıqlayıb. Modeldə "ENC" və "RNC" yeni səsboğucu sistemləri ilə yanaşı, benzin generatorunun işini idarə edən süni intellekt tətbiq olunub.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, bu üsullar elektrik rejimindən generator rejiminə olan keçidi daha hamar edir və bəzi şəraitdə titrəməni 50 faizədək azaldır.

"G7 EREV" 55,8 kVt·s batareya və 60 litrlik benzin çəni ilə ümumilikdə 1 704 kilometrə qədər yürüş vəd edir. Üstəlik, avtomobil təmiz elektrik rejimində 430 kilometrədək məsafə qət edə biləcək. Elektromotorun pik gücü 218 kVt-dır.

Qərb mətbuatı yazır ki, artıq Çin avtomobilləri və bu ölkə Avropa bazarında liderlik iddiasında olduğunu gizlətmir.

Modelin Çində təqdimatı 2026-cı il, yanvarın 8-nə, Avropa məkanında isə yanvarın 9-na planlaşdırılıb. Lakin hələ də Çin istehsalı olan bu avtomobillərin qiymətləri barədə dəqiq verilməyib.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər