Azərbaycandan Ermənistana daha 48 vaqon neft məhsulu göndərilib
Tarix: 09-01-2026 15:22 | Bölmə: İqtisadiyyat

Azərbaycandan Ermənistana daha 48 vaqon neft məhsulu göndərilib

Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Reyting.az-ın məlumatına görə, dəmiryolu stansiyasından bildiriblər ki, daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxildir. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Bundan əvvəl, dekabrın 18-də Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.





Bölməyə aid digər xəbərlər