İraq "Lukoil" şirkətinin aktivini milliləşdirir
Tarix: 10-01-2026 09:16 | Bölmə: İqtisadiyyat

İraq "Lukoil" şirkətinin aktivini milliləşdirir

İraq hökuməti "Qərbi Qurna-2" adlı böyük neft yatağının idarəçiliyinin 1 il müddətinə dövlət şirkəti olan "Basra Oil"ə verilməsini təsdiqləyib. Məlumata görə, həmin neft yatağının 75 faizi Rusiyanın "Lukoil" neft şirkətinə məxsusdur.

Reyting.az xəbər verir ki, yeni qərar ABŞ sanksiyaları fonunda hasilatın fasiləsizliyini mümkün qədər tam təmin etməklə yanaşı, təyin olunmuş müddət ərzində "Lukoil"-in payına potensial alıcı tapmaq məqsədini daşıyır.

"Qərbi Qurna-2" yatağı gündə 465–480 min barel hasilatla İraq neftinin təxminən doqquz faizini təmin edir.

ABŞ Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivlərdən çıxışı üçün son rəsmi tarix kimi 17 yanvarı müəyyən edib.

Mütəxəssislər vurğulayıblar ki, İraq dövləti miqyasında böyük potensialı olan bu yatağın kommersiya hasilatı 2014-cü ildən aparılır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər