SOCAR-a yeni müşavir təyin edilib
Tarix: 16-01-2026 11:04 | Bölmə: İqtisadiyyat
SOCAR-a yeni müşavir təyin edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatları başlayıb.

Reyting.az xəbər verir ki, Teymur Qılıçov Dövlət Neft Şirkətində Prezidentin müşaviri təyin edilib.

Teymur Qılıçov 2021-ci ilin əvvəlindən SOCAR-ın Müşahidə Şurasının korporativ katibi vəzifəsində çalışır.

O, 2020-ci ilin oktyabrından 2026-cı ilin yanvarına qədər Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müşaviri vəzifəsində çalışıb.(İqtisadiyyat)





Bölməyə aid digər xəbərlər