Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq
Tarix: 16-01-2026 15:53 | Bölmə: İqtisadiyyat

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

Süni intellektdən istifadəsi dünyada iqtisadi bərabərsizliyi artıra bilər.

Reyting.az-ın məlumatına görə, "Anthropic" şirkətinin iqtisadiyyat bölməsinin rəhbəri Piter Makkrorinin fikrincə, inkişaf etmiş bir çox ölkələrdə süni intellektin sürətli tətbiqi məhsuldarlığın artmasını sürətləndirəcək ki, bu göstərici də həyat səviyyəsi fərqini gözəçarpacaq qədər böyüdəcək.

Şirkətin daxili araşdırmaları sübut edib ki, "Claude" adlı süni intellekt assistentindən istifadədə ABŞ, Hindistan, Yaponiya, Böyük Britaniya və Cənubi Koreya daha çox öndədirlər. Braziliya və Balkanlarda isə süni intellekt əsasən iş yerləri üçün istifadə olunur, eyni zamanda, kasıb ölkələrdə süni intellekt təhsildə üstünlük təşkil edir.

Qeyd olunur ki, lider iqtisadiyyatlarda, xüsusən də ABŞ-da süni intellekt məhsuldarlığı gələn on ildə hər il 1-2 faiz artmaqla, elm və texnologiya sahələrinə əlavə təkan verə bilər.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər