Fuad Muradov İsveçrədə görüşlərə başlayıb - Foto
Tarix: 05-10-2018 09:48 | Bölmə: Xəbərlər
Fuad Muradov İsveçrədə görüşlərə başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 5-6 oktyabr 2018-ci il tarixlərində İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Azərbaycanın İsveçrədəki Səfirliyindən verilən məlumata görə, səfərin ilk günü Komitə sədri ölkəmizin İsveçrədəki səfirliyində olub, ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra o, xarici ölkələrdə yaşayan İsveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən "Swiss Abroad" təşkilatının direktoru Sara Mastantuni və "Soliswiss" təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Görüşlərdə həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

Fuad Muradov İsveçrədə görüşlərə başlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}