Ermənilər atəşkəs rejimini yenidən pozub
Tarix: 08-10-2018 10:33 | Bölmə: Xəbərlər
Ermənilər atəşkəs rejimini yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Respublikası Berd rayonun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Kəngərli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}