Moskvada iki təyyarə toqquşub - Səbəb
Tarix: 08-10-2018 12:35 | Bölmə: Xəbərlər
Moskvada iki təyyarə toqquşub

Moskvanın Jukov hava limanıda “İkar” və “Ural hava şirkəti”nə məxsus iki təyyarə toqquşub.

Reyting.az xəbər verir ki, Quançjoudan qayıdan “İkar”ın göyərtəsində 266 sərnişini olan təyyarəsi yerli vaxtla saat 9:45-də uğurlu eniş edib.

Lakin “Boeing” dayanacağa tərəf yön alanda yanında dayanan A-320-yə toxunub.

Bu zaman “Ural hava şirkəti”nə məxsus təyyarənin sol qanadı və sol aeronaviqasiya fanarı zədələnib.

İnsident zamanı heç kim xəsarət almayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}