17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkiyə polisi “Lotu Quli”ni saxlayıb - Yenilənib
Tarix: 08-10-2018 22:56 | Bölmə: Xəbərlər
Türkiyə polisi “Lotu Quli”ni saxlayıb

Oktyabrın 8-də təxminən saat 21.00 radələrində Türkiyə polisinin və təhlukəsizlik quvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində ictimaiyyət arasında “Lotu Quli” ləqəbiylə tanınan Nadir Səlifov həbs olunaraq polis nəzarətinə götürülüb.

Reyting.az
xəbər verir ki, bu Türkiyə KİV-ləri məlumat yayıblar.

“Cnnturk” isə bildirir ki, Mütəşəkkil Cinayətlərlə Mübarizə üzrə Şöbə Müdirliyinin əməkdaşları tərəfindən saxlanılan Səlifov İstanbulun Vətən küçəsində yerləşən Təhlükəsizlik Müdirliyinə gətirilib. Məlumata görə, N. Səlifov təhlükəsizlik əməkdaşları tərəfindən sorğu-sual edilib.

***

Dünən İstanbulda saxlanılmış "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün məhkəmə zalından azadlığa buraxılıb.

Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N. Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N. Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı.

Ancaq bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N. Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib.

Barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, sabah, oktyabrın 10-da azad ediləcək.

Göründüyü kimi, onu gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}