17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yol qəzasında 15 nəfər xəsarət alıb - Nazirlik
Tarix: 12-10-2018 10:19 | Bölmə: Xəbərlər
Yol qəzasında 15 nəfər xəsarət alıb

Oktyabrın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}