Türkiyədə tutulan amerikalı keşiş azadlığa çıxdı
Tarix: 12-10-2018 18:03 | Bölmə: Xəbərlər
Türkiyədə tutulan amerikalı keşiş azadlığa çıxdı

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Kreyq Brunsonın mühakimə olunduğu iddia ilə bağlı qərar çıxarılıb.

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, Brunson 3 il 1 ay 15 gün həbs cəzasına məhkum edilib.

Bransonun həbsdə olduğu müddət nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.

Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, Branson 35 il azadlıqdan məhrum ediləcəkdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}