Komitə sədri Avropada görüşlər keçirir - Fotolar
Tarix: 04-11-2018 09:47 | Bölmə: Xəbərlər
Komitə sədri Avropada görüşlər keçirir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir.

Komitədən Reyting.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Daha sonra, Beynəlxalq Miqrasiya Təşkilatının Hollandiya nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib.

Görüş zamanı, miqrasiya və diaspor məsələlərinin müzakirə edilib, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu və diaspor hərəkatının əsas tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib. Eyni zamanda, qeyd edib ki, miqrantların dəqiq statistikasının olması da vacibdir.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə, öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi və s. istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.

Sonda təşkilatın Hollandiya nümayəndəliyinə xatirə hədiyyələri təqdim edilib.

Komitə sədri Avropada görüşlər keçirirKomitə sədri Avropada görüşlər keçirir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}