Deputat yol tikintisini sürətləndirməyi təklif edir
Tarix: 13-11-2018 21:06 | Bölmə: Xəbərlər
Deputat yol tikintisini sürətləndirməyi təklif edir

“Ağsu aşırımı yolu bölgənin arteriya damarı hesab edildiyindən bu yolun tikintisi sürətləndirilməlidir”.

Reyting.az
xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, artıq bu yolun çəkilişi büdəcəyə salınıb.

“Bu, müsbət haldır. Lakin yolun çəkilişi sürətləndirilməlidir. Çünki bu yoldan haradasa 10 ilə yaxındır ki, maşınlar yük daşıya bilmir. Bu yol təkcə Ağsu üçün deyil, bütövlükdə bölgə üçün əhəmiyyət daşıyır. Bu yol bölgənin arteriya damarı hesab olunur. Tikinti işlərinə qısa zamanda başlanılmalıdır.

Digər məsələ isə indiyədək tikintisi tilsimə düşən Quba-Şamaxı yolu ilə bağlıdır. İnsanlar 100-150 km yol qət edib, mənzil başına çatmaq əvəzinə, 400 km məsafəyədək yol qət edərək, bu yolu gedirlər. Nəhayət bu yol da tikilib başa çatdırılmalıdır”,- deputat bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}