Əli Kərimli məhkəməyə gətirildi
Tarix: 19-11-2018 11:14 | Bölmə: Xəbərlər
Əli Kərimli məhkəməyə gətirildi

Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin məhkəməsi keçirilir.

Reyting.az bildirir ki, AXCP sədrinin vəkili tanınmış vəkil Fuad Ağayevdir.

Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Digər şəxslər 513.2-ci maddə ilə təqsirli bilinir. Onlar noyabrın 17-də Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyərkən saxlanılıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}