14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İcra başçısının oğlu DTX-dakı vəzifəsindən çıxarılıb
Tarix: 19-11-2018 11:41 | Bölmə: Xəbərlər
İcra başçısının oğlu DTX-dakı vəzifəsindən çıxarılıb

Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışan oğlu vəzifəsindən kənarlaşdırılıb. Criminal.az saytı xəbər verir ki, Adil Vəliyevin oğlu Ənvər Vəliyev DTX-nin Sabunçu rayon şöbəsinin rəis müavini vəzifəsində çalışırmış.

Məlumata görə, bir neçə gün əvvəl DTX rəisi Mədət Quliyev onu tutduğu vəzifəsindən azad edərək sərəncama götürüb.

Sayt iddia edir ki, yaxın günlərdə Adil Vəliyev də vəzifəsindən kənarlaşdırıla bilər.

Başçının köməkçisi Müslüm Mahmudov isə Criminal.az-a bildirib ki, bu haqda hər hansı məlumatı yoxdur.

Xatırladaq ki, A.Vəliyev "Volkswagen", "Audi", "Seat", "Porsche" avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur.

Bundan başqa, ölkə KİV-lərində məlumatlar yer alıb ki, A.Vəliyevin Sabunçu rayonu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binaları da var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}