Avtobus sürücüsü zəncirvari qəza törədib – Ölən var
Tarix: 19-11-2018 13:05 | Bölmə: Xəbər lenti
Avtobus sürücüsü zəncirvari qəza törədib

Bakıda marşrut avtobusu qəza törədib.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi "Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}