16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Saakaşvilinin silahdaşlarından biri Tbilisidə ölü tapılıb
Tarix: 05-12-2018 11:12 | Bölmə: Xəbərlər
Saakaşvilinin silahdaşlarından biri Tbilisidə ölü tapılıb

Gürcüstanın keçmiş hakim “Vahid milli hərəkat” partiyası siyasi şurasının üzvü, 50 yaşlı Nika Rurua Tbilisidəki şəxsi evində ölüb.

Reyting.az Gürcüstan mediasına istinadən bildirir ki, ilkin məlumata görə, o, ürəktutmasından ölüb.

Məlumata görə, evə “təcili yardım”ı onun anası çağırıb, ancaq hadisə yerinə gələn həkimlər onun keçindiyini müəyyən ediblər.

Nika Rurua 1968-ci ilin mart ayında Tbilisidə anadan olub. 2001-ci ildə Şota Rustaveli adına teatr institutunun rejissorluq fakültəsini bitirib.

Nika Rurua siyasi karyerasına 2001-ci ildə başlayıb – o zaman müxalifətdə olan Zurab Jvaniya və Mixail Saakaşvili ilə fəal əməkdaşlıq edib.

2003-cü ildə “qızılgül inqilabı”ndan sonra Rurua Gürcüstanın altıncı çağırış parlamentinin deputatı olub. O, parlamentin müdafiə və təhlükəsizlik komitəsi rəhbərinin müavini, eləcə də hüquq komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Nika Rurua 2009-cu il dekabrın 9-da mədəniyyət, abidələrin mühafizəsi və idman naziri təyin olunub, 2012-ci il oktyabrın 25-dək bu vəzifədə çalışıb.

Nika Rurua son zamanlar partiyadaşı, Gürcüstanın “Güc birlikdədir” müxalifət birliyinin prezidentliyə namizədi Qriqol Vaşadzenin seçkiqabağı kampaniyasında fəal iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}