20-dən çox mənzili qarət edən şəxs tutulub
Tarix: 05-12-2018 23:21 | Bölmə: Xəbərlər
20-dən çox mənzili qarət edən şəxs tutulub

Abşeron rayonunda 20-dən çox mənzili və bir neçə avtomobili qarət edən şəxs yaxalanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, əslən Mingəçevir rayonundan olan 32 yaşlı Bakı şəhər sakini Səbuhi Mirzəyev isti izlərlə tutulub.

Araşdırma zamanı onun Abşeronun əsasən Xırdalan şəhəri olmaqla, bir çox kənd və qəsəbələrdə mənzillərdən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq etdiyi məlum olub. Səbuhi Mirzəyev mənzillərə daxil olarkən əsasən oradan qızıl və pul götürdüyünü etiraf edib.

Aparılan istintaq tədbirləri ilə saxlanılan şəxsin Bakı şəhərində də evlərdən oğurluq etdiyi üzə çıxıb. Ən maraqlısı ondadır ki, Səbuhi Mirzəyev oğurluq üçün daxil olduğu evlərin sayını da itirib.

Səbuhi Mirzəyev əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}