16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avropa məhkəməsi Azərbaycan hökumətini cərimələyib
Tarix: 06-12-2018 15:44 | Bölmə: Xəbərlər
Avropa məhkəməsi Azərbaycan hökumətini cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da «Azadlıq» qəzetinin siyasi şərhçisi Seymur Həzi ilə bağlı qərarını elan edib.

Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Qərara əsasən Azərbaycan hökuməti S. Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir. Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, «Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S. Həzi 2014-cü il avqustun 39-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda ittiham olunan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edir və özünü təqsirli bilmir. Deyir ki, M. Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib.(Azadlıq.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}