07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İdarə müdiri yol qəzasında həlak olub
Tarix: 06-12-2018 16:02 | Bölmə: Xəbərlər
 İdarə müdiri yol qəzasında həlak olub

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

“Report”un məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.

“Mercedes” markalı 10 ZP 030 dövlət nömrə nişanlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrəli avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}