Ermənistanda növbədənkənar seçki keçirilir
Tarix: 09-12-2018 11:02 | Bölmə: Xəbərlər
Ermənistanda növbədənkənar seçki keçirilir

Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.

Reyting.az
xəbər verir ki, yerli vaxtla 08:00-dan ölkə üzrə 2010 seçki məntəqəsi fəaliyyətə başlayaıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Seçkilərdə 11 siyasi qüvvət iştirak edir. Bunlar "Mənim adımım" və "Biz" blokları, "Milli proqres", "Çiçəklənən Ermənistan", "İşıqlı Ermənistan", "Ermənistan İnqilabçı Federasiyası", "Ermənistan Respublikaçı Partiyası", "Sasna Tzrer", "Vətəndaş qərarı", "Sosial Demokrat", "Xristian-Milli Dirçəliş" və "Orinat Yerkir"dir.

Partiyalardan 5, bloklardan isə 7 faizlik səs baryerini keçmək tələb olunur. Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.

Rəsmi məlumatlara görə, Ermənistanda seçicilərin reyestrində 2,774,916 seçici qeydə alınıb.(news.am)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}