12:42 / 29-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:27 / 29-03-2024
Deputat Qüdrət Həsənquliyev: "Azərbaycanda belə hadisə olsa, necə olacaq?"
12:17 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
12:13 / 29-03-2024
Çinin yeni raketi heyrətləndirir
12:08 / 29-03-2024
Rusiyada hərbi səfərbərlik başlayıb
12:07 / 29-03-2024
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
12:04 / 29-03-2024
Səfir Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından danışıb
11:58 / 29-03-2024
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
11:51 / 29-03-2024
Berbok: “Almaniya Qəzzada təhlükəsizliyi təmin edə bilər”
11:41 / 29-03-2024
Bu siniflər üzrə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
11:38 / 29-03-2024
“Su təchizatı və tullantı suları haqqında” qanun dəyişib
11:28 / 29-03-2024
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
11:16 / 29-03-2024
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
10:56 / 29-03-2024
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
10:09 / 29-03-2024
Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb
09:49 / 29-03-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:37 / 29-03-2024
Ağstafa rayon sakini narkotiklə tutulub
09:25 / 29-03-2024
Politoloq apellyasiya şikayəti verib
04:10 / 29-03-2024
Ermənistan KTMT-də iştirakını dondurub
03:54 / 29-03-2024
Məşhur jurnalisti öldürmək istəyirlər
03:18 / 29-03-2024
UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər
03:14 / 29-03-2024
Müqavilə imzalanıb: Ukraynaya bir milyon mərmi göndərirlər
03:01 / 29-03-2024
Klinton və Obama Baydeni dəstəkləmək üçün Nyu-Yorka gəlib
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
13:26 / 24-03-2024
Bakıya yağış, rayonlara qar yağacaq
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
Şair-dramaturq Ramiq Muxtar yazır: XV yuxu
Tarix: 31-12-2018 13:33 | Bölmə: Xəbərlər
Ramiq MUXTAR
Şair-dramaturq,
Prezident təqaüdçüsü
XV yuxu
Atam Muxtar kişi ilə Xəlilin gəlişinə çox sevndim. Çünki Xəlil Rza ilə mənim dostluğum qardaşlığa çevrilmişdi. Biz ailəvi dost idik. Həyat yoldaşı Firəngiz xanım məni öz qayını hesab edirdi. 60-cı illərin ortalarında başlanan bu dostluq əsl türk sevgisindən irəli gəlmişdi. Biz millətcə türk ola-ola, 1938-ci ildə Azərbaycanın Moskvada keçirilən ongünlüyündə Səməd Vurğunun "Rəhbərə salam" şeirini söyləyən zaman Stalin üzünü M.C.Bağırova tutaraq demişdi: "Vı ne turki, vı Azerbaydjantsı".
O şeir belə başlayırdı:
Bakının sayrışan ulduzlarından,
Çadrasız, boyasız türk qızlarından,
Salam gətirmişəm hüzuruna mən.
Beləliklə, N. Nərimanov tərəfindən 1920-ci ildə qurulan Azərbaycan Respublikasının vətəndaşlarının pasportunda "türk" sözü "azərbaycanlı" sözü ilə əvəz olundu. O vaxt "qırmızı imperiyanın" xofundan heç kəs səsini çıxarmadı. Çünki bizim millət "dözümlü və səbrlidir".
Çar dövründə tatar adlandıq, dinmədik, 38-ci ildə azərbaycanlı adlandıq, dinmədik. İndi də müstəqil olub, türklüyümüzün adını çəkəndə, sapı özümüzdən olan bəzi millət vəkilləri öz kəmsavadlıqlarını büruzə verib, tarix elmindən xəbərsiz olduqlarını özləri təsdiqləyirlər.
Dünya siyasətçiləri arasında böyük nüfuzu olan Ulu öndərimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlət"ik məşhur kəlamını içimizdə həzm etməyənlər, bu xalqın taleyini Milli Məclisdə necə həll etmələri adamda qorxu hissi yaradır. Erməni düşmənimiz bizi "turkes" deyib, Türkiyə torpağında başladıqları müharibələrin ən ağrılı yeri Naxçıvan olmuşdu.
Babam Hacı Həsənalı Naxçıvanda ən varlı mülkədar olduğundan, erməni daşnakları iki dəfə ikimərtəbəli baba mülkümüzü yandırmışdılar. Atam tikinti trestinin rəisi olsa da, binanı təmir etdirmədi. İndi də yandırılmış binanın yanıqları qalır.
Xəlil Rza Ulutürk
Türkiyə müharibəyə qatılan zaman ağır günlərini yaşayan vaxtı Bakını erməni-rus qruplaşmasından azad edən Nuru paşanı necə unutmaq olar? Şəhidlər Xiyabanına gedənlər gərək ilk gül dəstələrini türk əsgərlərinin uyuduğu abidəyə qoyalar. Çünki onlar gəlib öz qardaşlarının yolunda şəhid olublar. Bizim şəhidlər isə öz vətənlərinin yolunda... Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəhmətlik Fizzə nənəm deyirdi ki, türklər bir gün də yubansaydılar, ermənilər bütün camaatı qırıb-çatacaqdı. Allah Kazım Qarabəkirə rəmət eləsin! Onun topunun səsini eşidən ermənilər qaça-qaça düşüblər.
Xəlil Rza dedi: Ramiq, mən həbsdə olanda, sən əhd etmişdin ki, Firəngiz xanım Xəlil gələn günü onun qurbanlığını bu yaşadığınız binanın həyətində kəsəcəksən. O arzunu yerinə yetirdin. Oğlum Rzanın toyunda dedim ki, toyun tamadası sən olacaqsan, ona da razılaşdın və toyçuların zəhmət haqqını da sən ödədin. Sonra mənim vəfatımın ildönümündə Heydər Əliyev Sarayında sənin mənə ithaf etdiyin "Xəlil ölməz" şeirini 5 şair içərisində gecənin ən yaxşı şeiri kimi axırda söylədin və pərdə bağlandı. İndi o əhvalatı danış, atan Muxtar kişi eşitsin.
- Demək, Xəlil Rzanın ildönümü gecəsinə rəhbərliyi Fatma xanım Abdullazadə və Polad Bülbüloğlu edirdilər. Şairlər Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Əhməd Elburs, Ramiz Duyğun və mən şeirlərimizi oxumalı idik. Mənim çıxışımı lap axıra saxladılar. Səhər saat 11:00-da baxış oldu və elan olundu ki, hamı saat 17:00-da sarayda olsun.
Polad Bülbüloğlu məni zala dəvət elədi. Dedi, Ramiq Muxtar, Xəlilə yazdığın şeir çox gözəldir. Ona görə səni axıra - yekuna saxladıq. Ancaq Fatma xanımın bir iradı vardı. Karl Marksı ələ salmaq, onu iblis adlandırmaq sətirlərini söyləməyin.
Dedim, nə üçün, Polad müəllim?
Dedi ki, Karl Marks böyük nəzəriyyəçi-filosof olub. Onu ələ salmaq yaxşı səslənmir.
Dedim, Marksın böyük düha olduğunu mən heç bilmirdim. Bu anda Fatma xanım səsləndi:
- Ramiq müəllim, bəs siz institutda Marks nəzəriyyəsini "Kapital"ı oxumamısınız?
Dedim, Fatma xanım, əgər doğrudan da, Karl Marks böyük şəxsiyyət idisə, niyə onun bir milyona başa gələn heykəlini qırıb yerə tökdünüz? Əgər mən şeirimi oxuyacağamsa, olduğu kimi oxuyacam, yoxsa mən indi gedirəm yazıçıların poliklinikasına bülleten götürüb, gecəyə gəlməyəcəm.
Bu sözümdən sonra Fatma xınım dedi:
- Yox, Ramiq müəllim, elə iş görmə. Çünki proqramı cənab Prezidentimizə verəndə, dedi ki, Zəlimxanla Sabir Ramiqə qarşı qısqanmadılar ki, niyə onunla səhnə bağlanır? Dedim, Ramiq Muxtarın şeiri daha gözəldir.
Nə isə, mən evə yollandım. Az vaxt keçməmiş Fatma xanımın müavini evə zəng çaldı və dedi ki, Ramiq müəllim, Fatma xanım dedi ki, Ramiq Muxtarla mənim aramda heç bir söhbət olmayıb. Şeiri olduğu kimi söyləsin.
Demək, şeirin bu sətirlərinə irad tutulmuşdu:
Bir körpənin təbəssümü,
Oldu ali mükafatı.
Bu azadlıq yürüşündə,
Axsamadı Xəlil atı.
Bir gün ona zarafatla
Dedim dostum Xəlil Rza,
Saqqalını uzatmaqla
Oxşayırsan lap Marksa.
Qəh-qəh çəkib o uğundu,
Dedi cərimə verməlisən, Ramiq Muxtar.
Çünki dostu oxşatmısan,
Yer üzünü şərə salan
Bir iblisə, bir haqsıza.
Azadlıq meydanı boş
Görünən heykəl yeri
Yada salır o söhbəti, o illəri,
İnanıram o yerdə mən
Görəcəyəm Xəlil Rza heykəlini.
Zəncirləri qırıb, atan,
Məğrur şair biləyini.
Mən şeirimi bitirəndən sonra çox alqışlar getdi. Mən cənab Heydər Əliyevə yox, Fatma xanımla Polad Bülbüloğluna baxırdım. Onlar daha şövqlə və daha ürəkdən əl çalırdılar.
Pərdə bağlanan kimi, bir nəfər pərdə arxasına gəldi, məni Heydər Əliyev adından təbrik etdi və dedi: Ramiq müəllim, cənab Prezident sabah saat 11:00-da sizi gözləyəcək. Bu şəxs Prezidentin mətbuat katibi Səlahəddin Quliyev idi.
Səhərisi gün mən Prezidentin yanında oldum. O, məni şeirimə görə təbrik etdi və dedi:
Ramiq Muxtar, səni Müdafiə Nazirliyinə idarə rəisi göndərirəm. Hər cür şəraitin olacaq. Mənimlə birbaşa telefon əlaqən, yüksək maaşın və podpolkovnik rütbəsi alacaqsan.
Dedim, cənab Prezident, mən heç əsgərlikdə olmamışam.
Dedi, o vəzifədə inandığım adam olmalıdır.
Məni nazir müavini Mehman Səlimov qəbul etdi və onun, mənim Prezidentlə yaxınlığımı anladığını hiss etdim.
Dedim, cənab Səlimov, iş vaxtı nə vaxt başlayır? Dedi, səhər saat 9:00-da.
Dedim, bəs nə vaxt qurtarır? Dedi, şair, Azərbaycan müharibə gedən ölkədir. Nə vaxta qədər nazir otağındadır, gərək sən də yerində olasan. Dedim, Səlimov, Əbiyevin köməkçi otağı var?
Əlbəttə, var, - dedi. Çox vaxt kabinetdə yatır.
Dedim, yəqin ki, soyuducusunda qrafin arağı və ikrası olmamış olmaz.
- Hər şey var, şair, narahat olma.
Dedim ki, Əbiyev Azərbaycan dilini bilmədiyinə görə, yəqin ki, Moskva kanalına baxır, hardan mən yadına düşəcəyəm ki, qonşu otaqda qara bir kişi oturub, acından ölür, ona deyin ki, çıx get evinə. Bura mənlik deyil. Səlimov, əgər bura teatr və ya flarmoniya olsaydı, bəlkə də yenə xanımların ətirli-pudralı iyinə adam dözüb oturardı. Burada adamın nəfəsi daralır, həm də ac-susuz otur ki, nə vaxtsa sən nazirin yadına düşəcəksən. Məni bağışlayın, mən getdim.
Gəlib vəziyyəti Prezidentə çatdırdım. O isə məni bu işlədiyim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşma və İxtisasartırma İnstitutuna direktor təyin etdi. Müavinim isə vaxtilə Gəncədə birinci katib işləyən Ramiz Bağırlı idi. Heydər Əliyevin sədaqətli kadrı. Ona görə də, Ulu öndərimiz vəfat etdikdən sonra sabiq nazirimiz Hüseyn Bağırov mənə həmişə hörmət elədi. Heydər Əliyevin kadrı kimi. İndi isə, mənə çatdırdılar ki, təzə nazirimiz Muxtar Babayev institutu ləğv etmək istəyir. Düzdür, mən yuxuda görmüşdüm ki, nazir mənə deyir:
Ramiq Muxtar, bir nazrlikdə iki Muxtar işləyə bilməz, ya sən getməlisən, ya mən.
Mən də dedim ki, cənab nazir, əlbəttə, mən getməliyəm. Siz cavansınız.
Bu vaxt Əlizaman müəllimin telefon zəngindən ayıldım. Mənə dedi ki, nazirimiz Muxtar Babayevə deynən ki, mənə imkan versin, 80 yaşımda doktorluq dissertasiyamı müdafiə edim, sonra nə bilər, özü edər.
Atama dedim ki, Xəlil Rzanın Fəxri Xiyabanda işi-gücü nədir?
Dedi, Xəlil Rza orada yeməkxanaya rəhbərlik edir. Özü də ana dilimizi bilməyənlərə qan uddurur. Onlar üçün məşğələ saatları təyin edib. İndi qeyri-millətlər də azərbaycanca təmiz danışırlar, həm də hər gün səhər yeməyində "Harda olsan gələrəm, təki sən səslə məni" mahnısını oxutdurub, onları süfrəyə dəvət edir.
Dedim, Xəlil, Allah Firəngiz xanımın ömrünü duz dağına döndərsin. Sənin görə bilmədiyin müqəddəs işi o görübdür. Cildlərinin sayı 60-ı ötübdür. Bir də ki, Rəsul Rza ilə təmasda ol. Ona deynən ki, Ramiq Muxtarı oğlun Anar şəkər və qanqrena xəstəliyinə düçar edibdir. İsrailə getməyə pul tapmır. Ağlını verib maliyyə fırıldaqçısı Rauf Aslanova, o da Yazıçılar Birliyini bazara döndərib.
Xəlil Rza əlini çiynimə qoyub dedi:
- Yanımıza gəlməyinə tezliklə gələcəksən. Ancaq səni Fəxri Xiyabanda yox, bir neçə kilometr uzaqda, qamışlıqda basdıracaqlar. Ruhlarımız isə tez-tez görüşəcək.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:08
Rusiyada hərbi səfərbərlik başlayıb
Bu gün, 12:07
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
Bu gün, 11:58
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
Bu gün, 10:56
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
Bu gün, 10:41
Üçqat dünya çempionu həbs olunub
Bu gün, 10:33
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
Bu gün, 09:49
Xankəndidə yenə silah-sursat tapılıb
Bu gün, 02:21
Tanınmış jurnalist vəfat edib
Dünən, 21:47
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
Dünən, 20:22
Yazıçı Akif Əli ittifaq sədri seçilib - Fotolar
Dünən, 17:07
Taksilərdə POS-terminallar quraşdırılacaq
Dünən, 16:57
Taksilər yalnız iki rəngdə olacaq
Dünən, 16:05
Əli Əsədov peşə təhsili ilə bağlı qərar imzalayıb
Dünən, 12:55
Quranı yandıran şəxs İsveçdən çıxarılıb
Dünən, 10:25
Xankəndidə silah-sursat aşkarlanıb
Dünən, 10:10
Xarkov və Zaporojyeyə hücum olub
Dünən, 09:25
ABŞ husilərə zərbələr endirib
Dünən, 09:17
BMT-nin sammitində vacib qərarlar veriləcək
Dünən, 00:18
Makronun davranışı müttəfiqlərini qəzəbləndirib
Dünən, 00:05
Rusiyalı diplomatı Latviyadan qovurlar
27-03-2024, 23:01
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
27-03-2024, 17:45
Nazir universitetin Şəki filialına direktor təyin edib
27-03-2024, 16:22
Kamran Əliyev vəzifəsindən azad edilib
27-03-2024, 15:21
Cevdet Yılmaz: "Türkiyəni parçalamaq istəyənlər var"
27-03-2024, 14:37
BMU-ya prorektor təyin olunub
27-03-2024, 13:43
Lerikdə 11 nəfər qidadan zəhərlənib - Yenilənib
27-03-2024, 10:50
Lukaşenko Suvalki dəhlizini ələ keçirməyin yolunu öyrənir
27-03-2024, 10:44
Kolleclərə tələbə qəbulu elan edilib
27-03-2024, 10:18
ABŞ bombardmançı təyyarələri Rusiyaya yaxınlaşıb
27-03-2024, 10:01
Qubadlı rayonunda sursat aşkar olunub
27-03-2024, 09:58
“Krokus”da həlak olanların siyahısı yenilənib
27-03-2024, 09:47
Macarlar Orbana etiraz edir
27-03-2024, 00:05
Qəzzada 5 min 826 şagird və 264 müəllim həlak olub
26-03-2024, 21:14
Suriyada İranın daha bir hərbi müşaviri öldürülüb
26-03-2024, 21:03
Lukaşenko: “Terrorçular Belarusa qaçmaq istəyib”
26-03-2024, 17:36
Biləsuvarda 25 yaşlı qadın qətlə yetirilib
26-03-2024, 11:21
UEFA "Qarabağ"ı cərimələyib
25-03-2024, 21:14
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
25-03-2024, 13:52
40 israilli 700 fələstinli ilə dəyişdirilir
24-03-2024, 13:26
Bakıya yağış, rayonlara qar yağacaq
24-03-2024, 11:29
Dağlıq rayonlarda güclü qar yağıb
24-03-2024, 10:36
Xəzər dənizində zəlzələ olub
23-03-2024, 23:38
Slovakiyada prezident seçkiləri keçirilir
23-03-2024, 18:12
Xədicə İsmayılın ölkədən çıxışı qadağan edilib
23-03-2024, 17:26
Rusiya Ukraynaya hücumları artıracaq
23-03-2024, 17:06
Martın 24-ü Rusiyada milli matəm günüdür
23-03-2024, 17:01
Brüssel Moskvadakı terror aktını pisləyir
23-03-2024, 11:21
İlham Əliyev Pakistanın baş nazirini təbrik edib
23-03-2024, 10:38
Emin Ağalarov: "Bu terror hər kəs üçün dəhşətli faciədir"