Rayon prokurorları ilə bağlı əmr verilib
Tarix: 10-01-2019 16:32 | Bölmə: Xəbərlər
Rayon prokurorları ilə bağlı əmr verilib

Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

Cəbrayıl rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad edilərək Daşkəsən rayonuna prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Elman Süleymanov isə Quba rayonuna prokuror göndərilib.

Quba rayon prokuroru Valeh Səmədov isə bundan sonra prokuror kimi İmişli rayonunda çalışacaq.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}