Sabiq rəis müavini şöbə müdiri təyin olunub
Tarix: 14-01-2019 12:01 | Bölmə: Xəbərlər
Sabiq rəis müavini şöbə müdiri təyin olunub

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Firudin Qurbanovun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

N. Məcidov xəbəri təsdiqləyib və yanvarın 11-də bu vəzifəyə təyin edildiyini bildirib.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.(Strateq.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}