07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Partiya sədrləri ABŞ-ın nümayəndəsi ilə görüşüblər
Tarix: 14-02-2019 11:19 | Bölmə: Xəbərlər
Partiya sədrləri ABŞ-ın nümayəndəsi ilə görüşüblər

Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirinin Siyasi işlər üzrə müşaviri Uilyam Solley ilə görüşüblər.

ALDP-nin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

F. Əliyev və E. Musayev AXH-nin yaranması və məqsədləri haqqında, həmçinin insan haqları, siyasi məhbuslar, müxalif fikirli vətəndaşlara təzyiqlər, AXH üzvlərinin həbsləri ilə bağlı U. Solleyi məlumatlandırıblar.

Tərəflər bu görüşlərin davamlı olması razılığına gəliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}