Azərbaycanda təhlükəli saytların “qara siyahısı” hazırlandı
Tarix: 13-03-2019 17:56 | Bölmə: Xəbər lenti
 Azərbaycanda təhlükəli saytların “qara siyahısı” hazırlandı

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “blacklist.gov.az” informasiya resursunu təqdim edəcək.

Reyting.az ona-ya istinadən bildirir ki, bu barədə mərkəzdən məlumat verilib.

Söhbət insanları zərərli kontentlərdən qoruyan resursdan gedir ki, onun digər əsas funksiyalarından biri istifadəçi IP-lərinin virusa yoluxması barədə məlumatlandırması olacaq.

“Bu resurda insanları hədəfə alan, özündə zərərli məzmun saxlayan resursların siyahısı yerləşdiriləcək. İstifadəçilər özləri də şübhə doğuran saytlarla bağlı şikayət yollaya biləcəklər”, - mərkəzdən bildirilib.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
15-09-2019, 16:25 Sabiq deputat vəfat etdi

{sape_links}{sape_article}