16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanda əsgərlər üsyan ediblər
Tarix: 23-03-2019 16:08 | Bölmə: Xəbərlər
Ermənistanda əsgərlər üsyan ediblər

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan təşkil ediblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, üsyana səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalmaları olub.

Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə xidmət üçün Dağlıq Qarabağa göndərilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məsələ ilə bağlı öz “Feysbuk” səhifəsində açıqlama yayıb. Açıqlamada Ovannisyan zabitlərin heç bir günahının olmadığını, guya bir neçə nizamsız əsgərin xüsusi şəraitdə xidmət edib, xüsusi geyim geyinmək, digərlərindən kənarda qidalanmaq istədiyini bildirib. O, bu əsgərlərin digər hərbçiləri də öz yanlarına çəkərək, onları üsyana qaldırmaq istədiklərini vurğulayıb.

Ovannisyan üsyan qaldıran əsgərlərin sayının 600 nəfər olması ilə bağlı yayılan məlumatları da təsdiqləməyib. Mətbuat katibi insidentlə bağlı bir neçə hərbçi və zabitin cəzalandırılacağını, eləcə də bəzi zabitlərin öz vəzifələrindən çıxarılacağını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}