Sumqayıtda reper həbs edilib - Səbəb
Tarix: 14-04-2019 14:52 | Bölmə: Xəbərlər
Sumqayıtda reper həbs edilib

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları aprelin 13-də sosial şəbəkələrdə “Ruzigar” ləqəbli reper kimi tanınan şəhər sakini Aydın Hüseynovu saxlayıb.

Reyting.az ona-ya istinadən bildirir ki, Aydın Hüseynov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham edilir.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Aydın Hüseynov 30 sutka inzibati qaydada həbs edilib.

Aprelin 3-də “Kazbekə şey basım” meyxanasını oxumaqla gündəmə gələn “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}