17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ancelina Coli və Bred Pitt rəsmən boşandılar
Tarix: 15-04-2019 00:49 | Bölmə: Xəbərlər
Ancelina Coli və Bred Pitt rəsmən boşandılar

Bir vaxtlar ər-arvad olan Hollivud ulduzları, nəhayət, rəsmi nikahın pozulması barədə çoxdan gözlənilən sənəd alıblar.

Reyting.az xarici mediaya istinadən bildirir ki, indi onlar çoxmilyonlu aktivlərini bölüşməlidirlər, bu proses isə daha bir neçə ay çəkə bilər.

Bundan əlavə, keçmiş sevgililər 6 uşaq üzərində qəyyumluq hüququ haqqında məsələni də müəyyənləşdirməlidirlər.

Ötən ilin axırında şayiə dolaşırdı ki, varislər ilə üznsiyyətlə bağlı Ancelina və Bred arasındakı mübahisə qaydaya salınıb: aktyor uşaqları ilə üçüncü şəxsin nəzarəti olmadan görüşə bilər, övladların isə atasının evində qalmaq hüququ var.

Ötən həftə isə aktyorların ətrafındakılar söyləyirdilər ki, boşanma Ancelinaya görə uzanıb, Coli sevgilisini qaytarmaq istəyib.

Pittin tanışları isə əmin idilər ki, aktyor keçmiş sevgilisinin yanına qayıtmaq istəməyib. O, xoş münasibətləri yalnız uşaqlarının xətrinə saxlamaq haqda düşünüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}