16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Trampı güllələmklə hədələyən kişiyə ittiham irəli sürüldü
Tarix: 19-04-2019 23:00 | Bölmə: Xəbərlər
Trampı güllələmklə hədələyən kişiyə ittiham irəli sürüldü

Facebook səfihəsində ABŞ prezidenti Donald Trampı güllələməklə hədələyən 20 yaşlı İndiana sakini Steffon Qonsalesə ittham irəli sürülüb.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ittiham aktında qeyd edilir ki, 20 yaşlı Qonsales martın 28-də öz postunda prezidentin gəldiyi yerin yaxınlığında olduğunu və “onun başına güllə vurmağa” hazır olduğunu yazıb.

Tramp həmin Miçiqan ştatının Qrand-Rapidse şəhərində mitinq keçirib.

Qonsales prezidenti hədələməkdə və ədalət mühakiməsinə mane olmaqda günahlandırılır.

Qonsalesin ifadəsinə görə, o, agentlərə bildirib ki, poçtu sındırılıb və prezidenti hədələdiyini də inkar edib. Digər məlumata görə, zabitlər Qonsalesin otağında güllə və barıt aşkarlayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}