17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sərnişin avtobusu ilə minik maşını toqquşub - Yaralılar var
Tarix: 21-04-2019 12:11 | Bölmə: Xəbərlər
Sərnişin avtobusu ilə minik maşını toqquşub

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Son məlumata görə, hadisə Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobusun iştirakı ilə baş verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}