07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Xəttabın və Basaevin dəstəsinin iki üzvü saxlanıldı
Tarix: 24-04-2019 14:49 | Bölmə: Xəbərlər
Xəttabın və Basaevin dəstəsinin iki üzvü saxlanıldı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Şamil Basaev və Xəttabın dəstəsinin tərkibində 1999-cu ildə Dağıstana hücumda iştirak edən Stavropol diyarının iki sakininin saxlanıldığı haqda məlumat yayıb.

Reyting.az Rusiya mediasına istinadla xəbər verir ki, o vaxt hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərin 280 nəfərdən çoxu öldürülüb, 800-dən çoxu yaralanıb, respublikanın iqtisadiyyatına ciddi ziyan dəyib.

Məlumata görə, saxlanılanlar Stavropol diyarının sakinləri, 45 yaşlı Tahir Beqeldiev və 43 yaşlı Nəriman Otepovdur. Onların 1999-cu il iyul ayının ortalarında könüllü olaraq Basaev və Xəttabın ümumi rəhbərlik etdiyi dəstəsinə qoşulduqları, ağır və xüsusilə ağır cinayətlərin törədilməsində fəal iştirak etdikləri bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}