16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avropada Əliyevə dəstək aksiyası keçirilib - Fotolar
Tarix: 14-05-2019 10:04 | Bölmə: Xəbərlər
Avropada Əliyevə dəstək aksiyası keçirilib

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib. Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Reyting.az-a verilən məlumata görə, dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində belə bir aksiyanın keçirilməsində məqsəd bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində kök salan ikili standartlara etiraz etmək, ölkəmizin demokratik prinsiplərə hərtərəfli yiyələndiyini bir daha diqqətə çatdırmaqdır.
Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və s. şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu dəstəklədiklərini bəyan ediblər.

Diaspor təşkilatlarının rəhbərləri və üzvlərinin çıxışlarında Azərbaycanın hər zaman ümumbəşəri dəyərlərə hörmətlə yanaşdığı, Avropa ölkələri ilə Azərbaycanın dostluq münasibətlərinin daim inkişaf edən xətlə getdiyi, gündən-günə daha da dərinləşdiyi diqqətə çatdırıb, bütün bunlar ölkəmizin böyük uğuru kimi qiymətləndirilib.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına dəstək olacaqlarını bəyan ediblər.

Aksiya Brüsselin məşhur Şuman meydanı yaxınlığında keçirilib.

Avropada Əliyevə dəstək aksiyası keçirilib
Avropada Əliyevə dəstək aksiyası keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}